Siçan dərmanı içərək intihar etmək istədi

Siçan dərmanı içərək intihar etmək istədi

29 Dekabr 2014 10:30
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncə sakini 1992-ci il təvəllüdlü Amil Seyidov ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Tibbi yardım nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Araşdırma zamanı məlum olub ki, A. Seyidov yaşadığı evdə əsəbiləşərək gəmiricilər əleyhinə olan zəhər içib. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb.

Mediainfo.az