Doğma qardaşını baltalayan şəxs tutulub

Doğma qardaşını baltalayan şəxs tutulub

24 İyun 2011 10:53
795
Bəyəndim (0) Bəyənmədim (0)

Xətai rayon Polis İdarəsi və 35-ci polis bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 26 yaşlı İlham Kamran oğlu Həmidov saxlanılaraq istintaqa təhvil verilib. Qeyd edək ki, qətl hadisəsi dünən axşam saatlarında baş verib. İ.Həmidov doğma qardaşı 25 yaşlı Muradı yatan vaxt qətlə yetirib. Murad Həmidov baş nahiyəsindən aldığı bir neçə balta zərbəsi nəticəsində elə yerində keçinib. Qətldə şübhəli bilinən İlham Həmidov hadisədən sonra həyətə çıxaraq qonşulara "qardaşımı öldürdüm" deyərək qaçıb. Hadisə yerinə Xətai rayon Polis və Prokurorluq orqanlarının əməkdaşları gəlib. Ərazi müayinə edilib. Meyit xarici və daxili müayinə edilməsi üçün ekspertizaya göndərilib. Faktla bağlı cinayət işi başlanılıb.

Qardaşını baltalamaqla öz azadlığını da baltaladı.

Tofiq Əliyev

O.M.