Avtomobillərdən oğurluq edən qadın

Avtomobillərdən oğurluq edən qadın

26 Dekabr 2014 14:17
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Binəqədi rayonunda avtomobil oğurluğu etdiyi üçün həbs olunan qadının başqa cinayəti üzrə çıxıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Rəqsanə Quliyev dekabrın 20-də avtomobil qaçırdığına görə tutulub. Rəqsanə Quliyevanın ətrafında Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi tərəfindən də araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun noyabrın 18-də Rasim Dadaşova məxsus "Mercedes" markalı avtomobili qaçırması da müəyyən edilib.

Qeyd edək ki, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rafiq Məmmədova məxsus "Volkswagen" markalı avtomobili qaçıran Bakı şəhər sakini Rəqsanə Quliyeva saxlanılıb.

Mediainfo.az