Bakıda sərnişin avtomobili yük maşını ilə toqquşdu, sürücü hadisə yerindən qaçdı

Bakıda sərnişin avtomobili yük maşını ilə toqquşdu, sürücü hadisə yerindən qaçdı

26 Dekabr 2014 10:00
489
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən axşam saatlarında Bakıda avtomobil qəzası baş verib. Yol nəqliyyat hadisəsi paytaxtın Binəqədi rayonu ərazisində, Lökbatan-Xocahəsən yolunda qeydə alınıb. Xocahəsən qəsəbəsindən Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olan "Volkswagen" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Apa-nın məlumatına görə, sürətlə hərəkət edən minik avtomobili "Shacman" markalı yük maşınına çırpılıb.

"Volkswagen" sürücüsü toqquşmadan sonra maşını saxlamayıb və hərəkəti davam etdirib. Lakin maşının sağ təkəri oxundan çıxıb. Sürücü bundan xəbər tutduqdan sonra avtomobili saxlamaq istəsə də, buna nail ola bilməyib. Nəticədə maşın yolun kənarındakı yarğana düşüb. Sürücü isə deformasiyaya uğrayan avtomobili orada qoyaraq hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az