Qaxda üçotaqlı ev yandı

Qaxda üçotaqlı ev yandı

26 Dekabr 2014 09:15
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saatlarında Qaxda yanğın hadisəsi baş verib. FHN-nin mətbuat xidmətindən verilən məlumata görə, Qax rayonu, Marsan kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə və damına yığılmış 500 kiloqram ot bağlaması yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mediainfo.az