Poçtu talayanlara hökm oxundu

Poçtu talayanlara hökm oxundu

24 Dekabr 2014 16:00
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncə Apelyasiya Məhkəməsində oğurluq hadisəsi törətməkdə təqsirli bilinən Şəmkir rayon sakinləri Elçin İsmayılov və Elvin Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oğurluq hadisəsi bu il yanvarın 26-da baş verib. Naməlin şəxs və ya şəxslər poçt binasından 3218 manat pul aparıblar. Aparılan əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Qaracəmirli kənd sakinləri 1984-cü il təvəllüdlü Elvin Babayev və 1985-ci il təvəllüdlü Elçin İsmayılov saxlanılıb.

Hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü (oğurluq) maddələri ilə təqsirli biliniblər. Şəmkir rayon Məhkəməsinin hökmü ilə Elvin Babayev 3 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Elçin İsmayılov 4 min manat cərimə olunub.

Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verib. Prokuror Nəsif Nəcəfovun imzası ilə məhkəməyə daxil olan şikayətdə təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması tələb olunub. Prokuror hökmün Elçin İsmayılovla bağlı olan hissədə ləğv olunmasını və məhkəmə zalından həbs edilməsi tələb olunub.

Həmçinin təqsirləndirilən şəxslərdə apelyasiya şikayəti verərək, cəzalarının yüngülləşdirilməsini istəyiblər. Qarşılıqlı şikayətlər baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara görə, prokurorluğun şikayəti təmin edilib. Birinci məhkəmə instansiyasının Elçin İsmayılovla bağlı olan hissədə hökm ləğv edilib və onun barəsində ittiham hökmü çıxarılıb. Məhkəmənin hökmü ilə Elçin İsmayılovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və o, 2 il 8 ay 25 gün müddətinə şərti cəza alıb. Elvin Babayevin və Elçin İsmayılovun apellyasiya şikayətləri təmin edilməyib.

Mediainfo.az