Uşaq oğurlayan qadının məhkəməsi başlanıb

Uşaq oğurlayan qadının məhkəməsi başlanıb

24 Dekabr 2014 12:15
Bəyəndim (0) Bəyənmədim (0)
O, günahsız olduğunu bildirib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda azyaşlı uşağın oğurlamaqda təqsirləndirilən Xırda Babayevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Prosesdə məhkəmə istintaqının başlanması barədə qərar qəbul olunub. Daha sonra təqsirləndirilən X.Babayeva ifadə verərək özünü təqsirli bilmədiyini deyib. Proses yanvarın 27-də davam etdiriləcək.

Qeyd edək ki, bu il avqustun 13-də Sumqayıt sakini Aysel Əhmədova Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək bildirib ki, azyaşlı uşaqları ilə birlikdə parkda olarkən 2 aylıq qızı Aylin tanımadığı qadın tərəfindən oğurlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Xırda Babayeva sentyabrın 3-də tutulub.

Mediainfo.az