Lalə Məmmədova və onunla bərabər 6 nəfər dəm qazından zəhərlənib

Lalə Məmmədova və onunla bərabər 6 nəfər dəm qazından zəhərlənib

24 Dekabr 2014 12:07
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncə şəhərində bir neçə nəfər dəm qazından zəhərlənib. Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, 38 saylı hərbi şəhərcikdə bir evdə yaşayan 1972-ci il təvəllüdlü Lalə Məmmədova, 1998-ci il təvəllüdlü İlahə Quliyeva, 1960-cı il təvəllüdlü Gülşən Məmmədova, 2006-cı il təvəllüdlü Ofelya Məmmədova və 2010-cu il təvəllüdlü Sirac Məmmədov xəstəxanaya gətirilib. Dəm qazından zəhərlənmə diaqnozu qoyulan bu şəxslər reanimasiya şöbəsinə yerləşdirilib. Tibbi yardım nəticəsində zəhərlənənlərin həyatını xilas etmək mümkün olub. Araşdırma zamanı məlum olub ki, xəstəxanaya yerləşdirilən şəxslər yaşadıqları evdə növbə ilə hamam otağında çimərkən zəhərləniblər.

Vəli Xuluflu küçəsində yaşayan şəhər sakini, 1997-ci il təvəllüdlü Səkinə Hüseynova və Yaşar-Həsrət Əliyev qardaşları küçəsində yaşayan Qəbələ rayon sakini Toğrul Ələkbərli də dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdiriliblər. Məlum olub ki, onlar da yaşadıqları evin vanna otağında dəm qazından zəhərləniblər.

Mediainfo.az