Qatilin məhkəməsi başlayıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Nurəddin Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Apa-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib, prosesin baxış iclası isə dekabrın 26-na təyin edilib.
Qeyd edək ki, bu il mayın 25-də Səngəçal qəsəbəsində yerləşən daş karxanasında Nurəddin Məmmədov orada fəhlə işləyən Cəlilabad rayon sakinləri Qabil Həsənova və Fəryaz Məmmədova bıçaqla xəsarət yetirib.
F. Məmmədov aldığı xəsarətlərdən mayın 26-da xəstəxanada dünyasını dəyişib. Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Tovuz rayon sakini Nurəddin Məmmədov tutulub.
Mediainfo.az















.jpg-1.jpg)
.jp-1.jpg)
.jpg-1.jpg)

















































.jpg)



.jpg)























