16 yaşlı Yeganə: “Ədalət məni əxlaqsız videolara baxmağa məcbur edirdi”

16 yaşlı Yeganə: “Ədalət məni əxlaqsız videolara baxmağa məcbur edirdi”

22 Dekabr 2014 13:30
Bəyəndim (0) Bəyənmədim (0)
... və məhkəmənin hökmü

"Ədalət məni əxlaqsız videolara baxmağa məcbur edirdi".

"...Ədalət məni yataqxanaya, qaldığı otağa aparıb qapını bağladı. Sonra spirtlənmiş pambığı ağzıma və burnuma tutdu. Bundan sonra huşumu itirdim. Oyananda özümü paltarsız, əl-qolu bağlı gördüm". Bu sözləri təsadüfən tanış olduğu Quliyev Ədalət Yusif oğlu tərəfindən zorlandığını iddia edən Yeganə (ad şərtidir) istintaqa verdiyi ifadəsində deyib.

"Razılaşmayanda döyürdü"

Yeganə daha sonra bildirib ki, Ədalət bütün günü onu telefonda əxlaqsız videolara baxmağa məcbur edirmiş:

"Onunla razılaşmayanda məni döyürdü. Mənimlə bir neçə dəfə qeyri-təbii yolla cinsi əlaqədə oldu. Arada ağzıma yapışdırdığı lenti açaraq mənə meyvə verirdi. Mən Ədalətdən su istədim. O, su gətirməyə gedəndə mobil telefonundan atama zəng etdim. Ədalət qayıdanda telefonu əlimdən alıb məni döydü. Bundan sonra məni söyərək evdən qovdu. Mən yataqxanadan çıxıb həyətdəki dükandan atama zəng vurdum. Atamla anam gəlib məni apardılar".

Bundan sonra Yeganə polis bölməsinə gedərək, başına gələnləri danışır və şikayət ərizəsi yazır. İstintaq onu tibbi ekspertizadan keçirir. Nəticədə onun dəfələrlə zorlandığı üzə çıxır.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Ədalət tutulur. Lakin o, Yeganənin dediklərini təkzib edir:

"Bir gecə dostum Rəhimin maşını ilə şəhərə gəzməyə çıxmışdıq. Nurlan adlı tanışımız da bizimlə idi. Statistika Komitəsinin yanından Nəriman Nərimanovun heykəlinə tərəf qalxanda bir qız özünü maşının qabağına atdı. Biz maşından düşüb qıza yaxınlaşdıq. Ondan niyə belə etdiyini soruşanda dedi ki, tanımadığı şəxslər onu döyüb və zorlayıblar. Həmin qız başına sidik töküldüyünü də dedi və bizdən kömək istədi. Biz ondan evlərinin yerini soruşduq. Lakin qız heç nə demədi. Biz də onu maşınla yaşadığımız yataqxanaya gətirdik. Orada əl-üzünü və paltarını yuyub təmizləmək üçün su gətirdik. Həmin qız mənə bir nömrə verdi. Mən də ona zəng etdim. Telefonu danışmaq üçün həmin qıza verdim. O, da olduğu yer barəsində kiməsə məlumat verdi. O zaman onun adının Yeganə olduğunu bildim. Sonra onu yataqxananın həyətində qoyub özüm yataqxanadakı otağıma gedib yatdım. Bundan sonra onu görməmişəm".

"Nicatı belindən vurdum"

Aparılan araşdırmalar zamanı Ədalətin digər cinayət əməlləri də üzə çıxıb. Belə ki, Ədalət qonşusu Nicatı bıçaqlamaqda və digər qonşusu Turaldan telefon alıb qaytarmamaqda təqsirləndirilib. Həmin cinayət işləri üzrə ifadə verən Ədalət isə özünü təqsirli bilib. O, qeyd edib ki, Turaldan zəng etmək üçün mobil telefonunu istəyib, Tural da öz "Blackberry" markalı mobil telefonunu ona verib:

"Həmin telefonla bir-iki yerə zəng edib danışmağa başladım. Təcili işlərim olduğu üçün mobil telefona ehtiyacım var idi. Turalın başının qarışdığını görüb, üzümü çevirərək yataqxananın həyətindən uzaqlaşdım.

Tural həmin gecə bir neçə dəfə mənə zəng etdi. Mən hamamda olduğumu və bir az sonra yataqxanaya qayıdacağını bildirdim. Yataqxanaya gecə saatlarında gəldiyimdən və telefon söndüyü üçün həmin telefonu Turala qaytara bilmədim. Həmin axşam evdə spirtli içki qəbul edib, həyətə düşdüm. Təxminən axşam saat 12 radələrində qonşumuz Nicatı gördüm. Onunla salamlaşdıqdan sonra mübahisə etməyə başladıq. Mən yumruqla Nicatın sifətində bir dəfə vurdum. Bundan sonra üzərimdə olan bıçağı çıxarıb Nicatın bel nahiyəsindən bir dəfə vuraraq çıxıb getdim" .

"Bir gün qızım evə gəlmədi"

Yeganənin atası Arif isə ifadəsində göstərib ki, qızı peşə liseyində oxuyur:

"Bir gün qızım evə gəlmədi. Onun harada olması barədə heç bir məlumatım yox idi. Narahat olmağımıza baxmayaraq, həmin günü polisə məlumat vermədim. Həmin gecəni səhərə kimi gözlədikdən sonra heç bir xəbər olmadı və qızımın evə gəlmədiyini görüb Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə gedib ərizə ilə müraciət etdim. Növbəti gün mənə bir tanımadığım nömrədən qısa zəng gəldi. Mən ona zəng edəndə isə bir oğlan səhv düşdüyün dedi.

Sonra yoldaşım həmin nömrəyə zəng etdi. Ondan kim olduğunu, niyə zəng etdiyini soruşanda yenə də səhv düşdüyünü dedi. Yoldaşım isə ona bildirdi ki, qızımız itkin düşüb ona görə narahatıq. O, da qızın yaşını soruşdu. Yoldaşım qızın 16 yaşı olduğunu dedi. Bundan sonra bir qadın zəng edərək Yeganənin yanında olduğunu və gəlib götürməyimizi dedi. Biz də getdik. Qızımızın paltarları cırılmış və çirklənmiş vəziyyətdə idi. Yeganəni oradan götürəndən sonra başına gələn hadisələri danışdı. Biz də polis bölməsinə getdik".

Şahid qismində ifadə verən Rəhim və Nurlan isə yataqxananın həyətinə gəldikdən sonra Həsənlə qızı orada qoyaraq evlərinə getdiklərini və sonrakı hadisələrdən xəbərlərinin olmadığını bildiriblər.

Məhkəmə hökmü

Həmin cinayət işi üzrə ibtidai istintaq tamamlandıqdan sonra iş baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə Ədalət Quliyev 12 il müddətinə azadlıqdan məhrum edilib. (Lent)

Mediainfo.az