Dekabrın 3-də kütləvi davada iştirak etmiş şəxs qətlə yetirildi

Dekabrın 3-də kütləvi davada iştirak etmiş şəxs qətlə yetirildi

22 Dekabr 2014 13:12
Bəyəndim (0) Bəyənmədim (0)

Binəqədi Rayon Polis İdarəsindən "Trend"-ə verilən məlumata görə, dekabrın 19-u saat 22 radələrində 1981-ci il təvəllüdlü Ağayev Nurlan Vaqif oğlu kəsilmiş-deşilmiş xəsarətlərlə Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən 1959-cu il təvəllüdlü Yusifov Bərxudar Çərkəz oğlu saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, Ağayev Nurlan Vaqif oğlu üç dostu ilə birlikdə dekabrın 3-də saat 20 radələrində sərxoş halda Bakının Binəqədi rayonundakı "909 gecə" adlı kafedə kütləvi davanın iştirakçısı olub.

Onlar kafenin inzibatçısı - 1980-ci il təvəllüdlü Rüstəmov Səməndər Nihat oğlunu, musiqiçiləri və gözdən əlil sintezator ifaçısını döyüb, sintezatoru isə sındırıblar.

Mediainfo.az