38 və 24 yaşlarında iki şəxs dəm qazından keçiniblər

38 və 24 yaşlarında iki şəxs dəm qazından keçiniblər

22 Dekabr 2014 11:02
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən iki nəfər dəm qazından boğulub.

Bülbülə qəsəbəsində kirayədə yaşayan 1976-cı il təvəllüdlü Hacızadə İlham Sabir oğlu dəm qazından boğulub. O, yaşadığı evin həyətindəki hamamda qazdan zəhərlənib və hadisə yerindəcə keçinib.

Oxşar hadisə Qaradağ rayonunda da qeydə alınıb. Dekabrın 22-nə keçən gecə Lökbatan qəsəbə, 1-ci yaşayış massivində yaşayan 1990-cı il təvəllüdlü Həsənov Amil Qazıbek oğlu hamam otağında dəm qazından boğulub. 24 yaşlı oğlanın meyiti yaxınları tərəfindən aşkarlanıb və hüquq-mühafizə orqanlarına məlumat verilib.

Mediainfo.az