Havanın dumanlı olması avtoqəzaya səbəb oldu

Havanın dumanlı olması avtoqəzaya səbəb oldu

22 Dekabr 2014 10:10
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə Gəncə şəhərinin Heydər Əliyev prospekti ilə Ruzigar Qasımov küçəsinin kəsişməsində yol qəzası qeydə alınıb. Şəhər sakini Elçin Heydərovun idarə etdiyi "Mercedes" markalı avtomobil Heydər Əliyev prospekti ilə dəmir yolu vağzalı istiqamətində hərəkətdə olarkən İlkin Kərimova məxsus "VAZ-2106" ilə toqquşub. Zərbənin gücündən avtomobillər yararsız hala düşüb. Qəza nəticəsində avtomobillərdə olan sərnişinlər, 1992-ci il təvəllüdlü Tural Peqani və 1991-ci il təvəllüdlü Emin Məmmədov xəsarət alıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

İlkin ehtimala görə, qəzaya havanın dumanlı olması səbəb olub. Hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Mediainfo.az