SON DƏQİQƏ!!! Xırdalandakı yenitikilidə yanğın var!

SON DƏQİQƏ!!! Xırdalandakı yenitikilidə yanğın var!

20 Dekabr 2014 20:55
Bəyəndim (0) Bəyənmədim (0)
Sakinlər təxliyyə olunublar

Redaksiyamıza daxil olan məlumata görə, Abşeron rayonu, Xırdalan qəsəbəsinin İcra Hakimiyyəti yaxınlığında yerləşən yenitikilidə yanğın baş verib. Səkkizinci mərtəbəyə kimi yüksələn yanğınla əlaqədar olaraq binanın sakinləri təxliyyə olunublar. Hazırda Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinin əməkdaşları hadisə yerindədir. Yanğının qarşısı alınmaq üzrədir. İlkin versiyaya görə, yanğına səbəb qısaqapanma olub.

Hazırladı: Könül Aypara