“Quesnet”in əməkdaşı məhkəmə zalında həbs olunub

“Quesnet”in əməkdaşı məhkəmə zalında həbs olunub

19 Dekabr 2014 14:35
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Quesnet" şirkətinin əməkdaşları Furqan Babayev, Rasim Muradzadə, Nəsir Hüseynov, Əhliman Camalov və Oruc Rüstəmovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmədə zamində olan təqsirləndirilən şəxs Oruc Rüstəmovun həbs olunması barədə qərar qəbul edilib və o, məhkəmə zalında həbs edilib.

Prosesin baxış iclası isə dekabrın 29-na təyin edilib.

Qeyd edək ki, digər təqsirləndirilən şəxslərin barəsində istintaq zamanı həbs qətimkan tədbiri seçilsə də , O. Rüstəmov barəsində bu qərar olmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, 2012 və 2013-cü illər ərzində paytaxtın Nizami rayonu ərazisində yerləşən "Quesnet" şirkətinin Nəsir Hüseynov, Əhliman Camalov, Rasim Muradzadə və Nəsir Hüseynov adlı işçiləri dələduzluq yolu ilə Bakı şəhər sakinləri Nəsib Qəhrəmanovadan 1850 manat, Qılman Nəsibovdan 1331 manat, İbrahim Məmmədovdan 2300 dollar, Rasim Qəhrəmanovdan 1500 manat, Fərhad Abdulovdan 1500 manat, İdris Şahbazovdan 1150 manat, Şamil Seyidzadədən 1650 manat, Pəhləvan Xudiyevdən 1220 manat, Rahim Cəfərovdan 1500 manat, Şəms Cabbarovadan 1455 manat, Ramilə Cəfərovadan 1425 manat, Sumqayıt şəhər sakini Hüriyyə Məmmədəliyevdən 3950 manat, Göyçay rayon sakinləri Samir İsrafilovdan 1175 manat, Elşən Əliyevdən 1500 manat, Füzuli rayon sakini Afət Alıyevdən 1650 manat və Beyləqan rayon sakini Müşfiq Şixəliyevdən 1850 manat almaları barədə Nizami Rayon Polis İdarəsinə bu il aprelin 22-də ərizə ilə müraciət olunub.

Mediainfo.az