Vusal Şilderı planlı şəkildə qətlə yetirənlərə hökm oxundu

Vusal Şilderı planlı şəkildə qətlə yetirənlərə hökm oxundu

19 Dekabr 2014 12:44
Bəyəndim (0) Bəyənmədim (0)
Sabiq polis mayoru da qatillərlə əlbir imiş

Bakı Apellyasiya Məhkəməsində Azərbaycanda qətlə yetirilən Almaniya vətəndaşı Vüsal Şilderin ölümündən bir neçə gün əvvəl ona qarşı planlı şəkildə avtomobil qəzası təşkil etməkdə və üzərinə narkotik vasitə atmaqda təqsirləndirilən şəxslərin apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib.

Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatı dəqiqləşdirilib. Prosesin baxış iclası isə dekabrın 24-nə təyin edilib.

Xatırladaq ki, ötən il mayın 2-də Ə. Rəcəbli küçəsində Almaniya vətəndaşı Vüsal Şilder aldığı iki bıçaq xəsarəti ilə əlaqədar xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 18-ci Polis Bölməsi və Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elman İsgəndərov və Seymur Talıbov saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. İsgəndərov 15 il, S. Talıbov 2 il müddətinə azadlıqdan məhrum edilib.

Almaniya vətəndaşı olan 23 yaşlı Vusal Şilder Adolf azərbaycanlıdır. Belə ki, Almaniya vətəndaşı olan kişi ilə Azərbaycan vətəndaşı olan qadın Vusal Şilder Adolfu 20 il əvvəl Bakıda övladlığa götürüblər. O, Qərb Universitetinin ikinci kurs tələbəsi olub.Binəqədi Rayon Məhkəməsinin hökmü ilə isə Vüsal Şilderin ölümündən əvvəl ona planlı şəkildə avtomobil qəzası təşkil etməkdə və üzərinə narkotik vasitə atmaqda təqsirləndirilən sabiq polis mayoru İlham Məmmədov 6 il 6 ay, Qurban Novruzov 6 il 6 ay, türkiyəli iş adamı Yaşar Sunar 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, Kənan Babayevə isə 4 il şərti cəza təyin edilib.

Mediainfo.az