Qaxda əzgil yığan şair ağacdan yıxılaraq ölüb

Qaxda əzgil yığan şair ağacdan yıxılaraq ölüb

19 Dekabr 2014 12:29
Bəyəndim (0) Bəyənmədim (0)

Qax rayonunda itkin düşən və bir neçə gün sonra bədbəxt hadisə nəticəsində öldüyü məlum olan 76 yaşlı kişi ilə bağlı maraqlı məlumatlar üzə çıxıb.

Məlumata görə, Səməndər Quliyev dekabrın 14-də əzgil yığmaq üçün meşəyə gedib. Lakin o, axşam evə qayıtmayıb və bunu görən yaxınları polisə müraciət edib, həmçinin kənd ətrafında axtarışlar başlayıb. Axtarışlara kənd camaatı da qoşulub və dünən 76 yaşlı kişinin meyiti meşədə çay kənarında – "bənd" adlanan ərazidə tapılıb. Məlum olub ki, S.Quliyev hündürlükdən yıxılıb və aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Qeyd edək ki, dünyasını dəyişən şəxs şairdir və onun bir neçə şeir kitabı Səməndər imzası ilə çap edilib.

Mediainfo.az