Bu gecə 261 saylı orta məktəbin həyətində qan tökülüb

Bu gecə 261 saylı orta məktəbin həyətində qan tökülüb

19 Dekabr 2014 10:47
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıdakı orta məktəbdə qan tökülüb. Bu gecə Xətai rayonu ərazisində yerləşən 261 saylı orta məktəbin həyətində 27 yaşlı Kamran Xəlilov bıçaqlanıb. Onu gecə saat 23 radələrində qan içərisində xəstəxanaya çatdırıblar. Döş qəfəsini deşib keçən bıçaq onun daxili orqanlarını da zədələyib. Xətai rayon Polis İdarəsindən aldığımız məlumata görə, K.Xəlilovu tanımadığı şəxs bıçaqlayıb. Hazırda polis tərəfindən araşdırma aparılır./milli/

Mediainfo.az