Gəncədə evdən oğurluq edən saxlanılıb

Gəncədə evdən oğurluq edən saxlanılıb

18 Dekabr 2014 21:15
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncədə oğurluq etmiş şəxs saxlanılıb.

Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən verilən məlumata görə, Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini İlqar Şərifov tutulub.

O, dekabrın 16-da şəhərin Şahlar Hüseynov küçəsində yaşayan Yuvelina Rumyantsevanın mənzilinə girərək oradakı seyfdən 17 min manat, 2900 dollar və 4 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az