Rəfiqə qatilinin məhkəməsi başladı

Rəfiqə qatilinin məhkəməsi başladı

18 Dekabr 2014 15:15
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rəfiqəsini öldürməkdə təqsirli bilinən 1960-cı il təvəllüdlü Nailə Apayevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesə baxış vaxtı dekabrın 25-ə təyin edilib.

Qeyd edək ki hadisə bu ilin iyunun 18-də Nəsimi rayonunda baş verib. Mənzilində yaşayan Lalə Vəliyevanı münaqişə zəminində küt alətlə vuran Nailə Apayeva polis əməkdaşları tərəfindən həbs edilib.

Mediainfo.az