Bacısını boğub öldürərək Kürə atdı

Bacısını boğub öldürərək Kürə atdı

18 Dekabr 2014 14:45
Bəyəndim (0) Bəyənmədim (0)

Mingəçevir şəhərində qətl hadisəsi baş verib. Hadisə bu gün səhər saatlarında Kür çayının sahilində qeydə alınıb.

Yevlax rayonunun Havarlı kənd sakini, 1978-ci il təvəllüdlü Qasımov Asif Aydın oğlu Mingəçevir şəhərində yaşayan bacısı, 1977-ci il təvəllüdlü Qasımova Ruhiyyə Aydın qızı ilə dalaşaraq onu boğub və çaya itələyib. Suda köməksiz vəziyyətdə qalan qadın boğularaq ölüb.

Asif Qasımov könüllü olaraq Mingəçevir Şəhər Polis Şöbəsinə təslim olub. O, ilkin ifadəsində hadisəni namus üstündə törətdiyini deyib.

Mərhum Ruhiyyə Qasımovanın ailəli olduğu bildirilir.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda araşdırma aparılır.

Mediainfo.az