Gəncədə ağır yol qəzası baş verib: 5 nəfər xəsarət alıb

Gəncədə ağır yol qəzası baş verib: 5 nəfər xəsarət alıb

18 Dekabr 2014 10:13
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə Gəncə şəhərinin Şah İsmayıl Xətai prospektində ağır yol qəzası baş verib.

Gəncə şəhər sakini, 34 yaşlı Mahir Hüseynovun idarə etdiyi "Mercedes" markalı avtomobillə 30 yaşlı Anar Alışanovun idarə etdiyi eyni markalı maşın toqquşub. Qəza nəticəsində sürücülər, M. Hüseynovun idarə etdiyi avtomobildə olan sərnişinlər, 53 yaşlı Kamal Qasımov və onun qızı 21 yaşlı Esmira Qasımova və A. Alışanovun avtomobilində olan sərnişin, 39 yaşlı Anar Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Onlardan sürücü A. Alışanovla sərnişin A. Əliyevin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Mediainfo.az