“Nissan” kanala aşdı, sürücü öldü

“Nissan” kanala aşdı, sürücü öldü

18 Dekabr 2014 10:09
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə Samux rayonunun Qarayeri-Qovlar Sarı avtomobil yolunda faciə baş verib. Belə ki, rayonda yaşayan Daşkəsən rayon sakini, 1986-cı il təvəllüdlü Həsənov Səbuhi Akif oğlu idarə etdiyi "Nissan" markalı avtomobili yolun kənarındakı su kanalına aşırıb. Qəza nəticəsində S. Həsənov hadisə yerində ölüb.Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.

Mediainfo.az