İş yoldaşını güllələdi

İş yoldaşını güllələdi

17 Dekabr 2014 15:31
Bəyəndim (0) Bəyənmədim (0)

Mingəçevir sakini ehtiyatsızlıqdan qətl hadisəsi törədib.

Mingəçevir Şəhər Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu gün saat 13:30 radələrində Mingəçevir şəhərindəki Su Anbarının kənarında fəaliyyət göstərən qum istehsalı karyerində qeydə alınıb.

Karyerdə işləyən Mingəçevir şəhər sakini, 1961-ci il təvəllüdlü Bayramov Elxan Saleh oğlu ov tüfəngi ilə iş yoldaşı, 1961-ci il təvəllüdlü Maşıyev Hümbət Həmzə oğlunu güllələyib.

Hümbət Maşıyev ürək nahiyyəsindən aldığı güllə yarasından hadisə yerində dünyasını dəyişib. Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilir.

Məlumata görə, karyer işçiləri boş vaxtlarında su anbarının kənarında ov edirmişlər, tüfəngi də iş yerinə o səbəbdən gətiriblər. Ov zamanı Elxan Bayramovun əlindəki tüfəngdən qəflətən açılan atəş faciəyə səbəb olub.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

Mediainfo.az