Sabirabadda faciəli şəkildə ölən bir ailənin beş üzvü dəfn olunub - FOTO

Sabirabadda faciəli şəkildə ölən bir ailənin beş üzvü dəfn olunub - FOTO

17 Dekabr 2014 13:12
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən beş nəfər yanaraq ölüb

Dünən səhər saatlarında Sabirabad rayonunda evdə baş verən yanğın nəticəsində yanaraq ölən bir ailənin 5 üzvü dəfn edilib.

Qaratuğay kəndində Rzayevlər ailəsində keçirilən mərasimdən sonra mərhumlar kənd qəbiristanlığında torpağa tapşırılıblar. Dəfn mərasimində Sabirabad rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri, FHN-nin, hüquq-mühafizə orqanlarının əməkdaşları, kənd sakinləri, mərhumların qohumları iştirak edib.

Qeyd edək ki, yanğın zamanı 1967-ci il təvəllüdlü Rzayeva Nəzakət Hüseynağa qızı, 1991-ci il təvəllüdlü Rzayeva Lamiyə Mahir qızı və onun övladları 2009-cu il təvəllüdlü Rzayeva Mənsumə Zabil qızı, 2012-ci il təvəllüdlü Rzayeva Yağmur Zabil qızı və 2013-cü il təvəllüdlü Rzayeva Gülay Zabil qızı yanaraq ölüb.

Mediainfo.az