Sumqayıt elektrik stansiyasında yanğın baş verdi

Sumqayıt elektrik stansiyasında yanğın baş verdi

17 Dekabr 2014 10:36
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən axşam saatlarında Sumqayıtın elektrik stansiyasında yanğın baş verib. FHN mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt şəhərində elektrik yarımstansiyanın yerləşdiyi ümumi sahəsi 60 kv.m olan üçotaqlı tikilinin dam örtüyünün yanar konstruksiyaları və 1 otağına yığılmış təsərrüfat malları yanıb. Yarımstansiyanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mediainfo.az