Evin həyətindən torpağa basdırılmış kişi meyiti tapılıb

Evin həyətindən torpağa basdırılmış kişi meyiti tapılıb

16 Dekabr 2014 17:57
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda yaşayış evinin həyətindən torpağa basdırılmış meyit tapılıb.Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Ramana qəsəbəsi Şuşa şəhərciyində qeydə alınıb.

Qəsəbədəki evlərdən birinin həyətyanı sahəsində torpağa basdırılmış kişi meyiti aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gedib. Hadisənin kimin tərəfindən və hansı şəraitdə törədildiyi, habelə öldürülən şəxsin kimliyi hələlik məlum deyil.

Araşdırma aparılır.

Mediainfo.az