Tələbənin qatilinə hökm oxundu

Tələbənin qatilinə hökm oxundu

16 Dekabr 2014 15:41
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Pərviz Abbasquliyevin cinayət işi üzrə məhkəmə prosesi baş çatıb. Məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kolegiyasının qərarı ilə P.Abbasquliyev 11 müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Vüsal Səfiyar oğlu Cəfərov ağır bədən xəsarətləri və kəllə-beyin travması ilə xəstəxanaya daxil olub. O, həkimlərə yıxılaraq xəsarət aldığını bildirib. Həkimlərin səyinə baxmayaraq, V. Cəfərovun həyatını xilas etmək mümkün olmayıb. Sumqayıt şəhər Polis İdarəsi və şəhər Prokurorluğu əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində V. Cəfərovun döyülərək xəsarət aldığı müəyyənləşib. Ona xəsarət yetirən şəxsin isə Abşeron rayon sakini, 1980-ci il təvəllüdlü Pərviz Mirzə oğlu Abbasquliyev olduğu məlum olub. P. Abbasquliyev saxlanılıb. V. Cəfərov bu il Bakıda ali məktəbi bitirib. O, həmçinin bu il Türkiyədə ali məktəblərin birinin magistratura bölməsinə daxil olub. V. Cəfərov təhsilini davam etdirmək üçün bu gün Türkiyəyə yola düşəcəkmiş.

Mediainfo.az