Salyanda oğru tutuldu

Salyanda oğru tutuldu

16 Dekabr 2014 14:48
Bəyəndim (0) Bəyənmədim (0)

Salyan rayonunda oğurluq hadisəsi baş verib. Bu barədə Salyan rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, hadisə dekabrın 15-də Salyan rayonunun Yenikənd kəndində qeydə alınıb. Kənd sakini Qafur Fərzəliyevə məxsus "Ford" markalı avtomobildən şüşəni sındırmaq yolu ilə 70 manat və sənədlər oğurlanıb.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Hacı Bədəlov tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Mediainfo.az