Şamaxıda taksi sürücüsünü öldürüb, maşınına qoyan şəxlər yaxalanıb!

Şamaxıda taksi sürücüsünü öldürüb, maşınına qoyan şəxlər yaxalanıb!

16 Dekabr 2014 11:34
Bəyəndim (0) Bəyənmədim (0)
Faktla bağlı araşdırmalar aparılır

Şamaxı Rayon Polis Şöbəsinin həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində avtomobilində meyiti tapılan Füzuli rayon sakini, 1988-ci il təvəllüdlü Ceyhun Qurbanovu qətlə yetirməkdə şübhəli bilinən Zaqatala rayon sakini, 1994-cü il təvəllüdlü Mark Abil oğlu Süleymanov və Ağdam rayon sakini, 1983-cü il təvəllüdlü Pərviz Ələmdar oğlu Qasımov tutulublar.

Qeyd edək ki, dekabrın 15-də taksi kimi fəaliyyət göstərən 99-AY-869 dövlət nömrə nişanlı, "Azsamand" markalı minik avtomobilinin yoldan çıxaraq dərəyə aşması barədə məlumat əsasında hadisə yerinə gələn yol polisi əməkdaşları maşının yanında sürücünü tapmayıblar. Daha sonra sürücünün meyiti avtomobilin yük yerində aşkarlanıb. Müəyyən olunub ki, qətlə yetirilən sürücü Füzuli rayonundan olan və Bakının Maştağa qəsəbəsində yaşayan, 1988-ci il təvəllüdlü Qurbanov Ceyhun İmaş oğludur.

Onun meyiti Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsində müayinə olunub. C. Qurbanovun kəndirlə boğulduğu, ürək və qarın nahiyələrinə kəsici və deşici alətlə xəsarətlər yetirildiyi və başından travma aldığı müəyyən edilib

Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Mediainfo.az