Rəşadı bıçaqlayan şəxs axtarışdadır!

Rəşadı bıçaqlayan şəxs axtarışdadır!

16 Dekabr 2014 10:53
Bəyəndim (0) Bəyənmədim (0)

Yasamal rayonu, Şərifzadə küçəsi, 132 ünvanındakı ərzaq mağazasının qarşısında bıçaqlanma hadisəsi qeydə alınıb. Belə ki, 5-ci Yasamal 44 ünvanında qeydiyyatda olan Cəfərov Rəşad Yaşar oğlu bıçaqlanıb. 20 yaşlı gənci bıçaqlayan şəxs hadisə yerindən qaçıb.

Əraziyə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb olunub. Yasamal Rayon Polis İdarəsinin əməkdaşları R.Cəfərovun qatilinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Mediainfo.az