Qəbələdə iki qiymətli avtomobil toqquşub - FOTO

Qəbələdə iki qiymətli avtomobil toqquşub - FOTO

15 Dekabr 2014 13:54
Bəyəndim (0) Bəyənmədim (0)

Qəbələ şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şahidlərinin oxu.az-a verdiyi məlumata görə, dekabrın 13-də Qəbələ şəhərində 10 KJ 200 dövlət nömrə nişanlı "Mercedes-Benz Gelandewagen" markalı avtomobil digər 10 BZ 555 dövlət nömrə nişanlı "Mercedes-Benz Gelandewagen"lə toqquşub.

Məlumata əsasən ciddi xəsarət alan olmasa da avtomobillər yararsız hala düşüb. Hadisə barədə məlumatı Qəbələ rayon Yol Polisi İdarəsindən təsdiq ediblər. Qeyd edək ki, "Mercedes-Benz Gelandewagen" markalı avtomobilin orta qiyməti 120-150 000 ABŞ dolları təşkil edir.

Mediainfo.az