ABŞ səfirliyinin birinci katibinin oğlunu İran maşını vurub

ABŞ səfirliyinin birinci katibinin oğlunu İran maşını vurub

15 Dekabr 2014 13:43
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən şənbə günü Bakının Səbail rayonunda ABŞ səfirliyinin birinci katibi Stefan Qaysinin oğlunu maşın vurub.

Bu haqda Səbail rayon polis İdarəsindən vesti.az-a bildiriblər. Məlumata görə, diplomatın oğlu, 1997-ci ildə anadan olmuş Ceremi Qaysi Badamdar şossesində, 129 saylı binanın qarşısında İran istehsalı olan "Sipa Tiva" markalı avtomobillə vurulub.

Avtomobili Bakı şəhər sakini Zaur Rzayev idarə edirmiş. Nəticədə diplomatın oğlu SOS klinikasına aparılıb və orada ona tibbi yardım göstərilib, daha sonra evə buraxılıb. İnsidentlə bağlı araşdırma aparılır.

Mediainfo.az