Sidneydə saqqallı şəxs adamları girov götürüb

Sidneydə saqqallı şəxs adamları girov götürüb

15 Dekabr 2014 10:17
Bəyəndim (0) Bəyənmədim (0)

Sidney (Avstraliya) şəhərinin mərkəzində yerləşən "Lindt" kafesinə daxil olan naməlum saqqallı şəxs oranın əməkdaşlarını və ziyarətçilərini girov götürüb.

APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə, bundan sonra o, onlarla girova üzərində ərəb dilində sözlər yazılmış olan bayraqları əllərində tutaraq pəncərəninq arşısında durmağı əmr edib. Bəzi məlumatlara görə, bunlar "ən-Nusra Cəbhəsi" terror təşkilatının bayraqlarıdır.

Avstraliyanın baş naziri Toni Ebbotla əlaqə saxlamağı tələb edən terrorçu şəhərdə dörd bomba yerləşdirildiyini bildirib. Polis hələlik heç bir yerdə partlayıcı qurğu tapmayıb. Baş nazir T.Ebbot Sidney əhalisinə müraciətində onları özlərini sakit aparmağa çağırıb: "Biz terrorçuların hərəkətlərinin siyasi motivli olub-olmadığını bilmirik. Amma bəzi əlamətləri bunun siyasi motivli olduğuna dəlalət edir".

Yeni Cənubi Uelsin polis komissarının müavini Ketrin Bern girovlardan üç nəfərin qaçıb xilas ola bildiyini söyləyib. Onun sözlərinə görə, hələlik girovlardan zərər çəkən yoxdur.

Mediainfo.az