
Yanğından bir nəfərin meyiti tapılıb
Ötən axşam hazırda fəaliyyət göstərməyən təmir tikinti quraşdırma idarəsinin ərazisində ümumi sahəsi 75 kvadratmetr olan qazanxana yanıb. FHN-nin yanğınsöndürənləri tərəfindən yanğın yerinin kəşfiyyatı aparılan zaman 1970-ci il təvəllüdlü Qalib Şirin oğlu Hüseynovun yanmış meyiti aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib. Yanğın saat 21:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mediainfo.az
Digər xəbərlər