Həmkəndlisini bıçaqlayan Əhməd tapıldı

Həmkəndlisini bıçaqlayan Əhməd tapıldı

15 Dekabr 2014 10:08
Bəyəndim (0) Bəyənmədim (0)

Balakən rayonu Talalar kənd sakini, 1969-cu il təvəllüdlü Əhməd Mahama oğlu Tərlanovla həmkəndlisi - 1981-ci il təvəllüdlü, Kamran Siracəddin oğlu Lətifov münaqişə ediblər. Münaqişə zamanı 45 yaşlı Əhməd Tərlanov üzərində gəzdirdiyi bıçaqla 33 yaşlı Kamran Lətifovu vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb. Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törədən Əhməd Tərlanov saxlanılaraq istintaqa təhvil verilib. Bıçaq xəsarəti alan Kamran Lətifov isə Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Balakən RMX-dan APA-ya bildirilib ki, bıçaq Kamran Lətifovun mədəsini və qaraciyərini zədələyib. Onun üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır hesab olunur.

Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

Mediainfo.az