Arvadına "şram" atan keçmiş məhbus olub

Arvadına "şram" atan keçmiş məhbus olub

14 Dekabr 2014 13:55
Bəyəndim (0) Bəyənmədim (0)

İki gün öncə Bakıda 26 yaşlı qadın küçənin ortasında həyat yoldaşının hücumuna məruz qalıb. Lermantov küçəsi 40A ünvanının qarşısında 1984-cü il təvəllüdlü Məmmədov Ramil Adil oğlu həyat yoldaşı, 1988-ci il təvəllüdlü Məmmədova Turanə Vaqif qızına bıçaqla xəsarətlər yetirib. 26 yaşlı T.Məmmədova sifətinin sol hissəsinin çoxsaylı kəsilmiş xəsarətləri ilə xəstəxanaya çatdırılıb. 30 yaşlı kişinin xanımının üzünə hansı səbəbdən "şram"lar atması məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə iş başlanılıb.

Mediainfo.az