Oğru dəstə zərərsizləşdirildi

Oğru dəstə zərərsizləşdirildi

12 Dekabr 2014 18:25
Bəyəndim (0) Bəyənmədim (0)

Samux rayonunda oğurluq hadisəsi törədən həbs edilib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Samux rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Emin Məmmədov, Xəyal Əsgərov və Tofiq Məmmədov tutulublar.

Mütəşəkkil dəstənin üzvləri bu ilin iyulun 21-də Samux rayon sakini Rəşad Əliyevin evindən qızıl və məişət əşyaları oğurlamaqda təqsirli biliniblər. Onların daha bir neçə oxşar oğurluq hadisələri törətmələri də məlum olub.

Faktla bağlı cinayət işi başlanıb.

Mediainfo.az