Ögey oğlunu öldürənə 16 il iş verildi

Ögey oğlunu öldürənə 16 il iş verildi

12 Dekabr 2014 14:49
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində ögey oğlunu öldürməkdə təqsirli bilinən 1969-cu il təvəllüdlü Hüseynov Ağaməmməd Ağaəli oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Eynulla Vəliyevin sədrliyi keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə A. Hüseynov 16 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il iyulun 30-da Buzovna qəsəbəsi Aydın Xəlilov küçəsi döngə 2, ev 7 ünvanında qeydə alınıb. Həmin mənzildə yaşayan 1969-cu il təvəllüdlü Hüseynov Ağaməmməd Ağaəli oğlu, oğulluğu, 1981-ci il təvəllüdlü Həsənov Samir Maşallah oğlunu bıçaqlayıb. Ağır bədən xəsarətləri almış Samir Həsənov xəstəxanaya aparılarkən yolda keçinib. Hadisəni törətmiş ata saxlanılıb.

İlkin məlumata görə, hadisə ailə-məişət münaqişəsi zəminində törədilib.

Mediainfo.az