Qaxda başları kəsilən qardaşların qatili tutulub

Qaxda başları kəsilən qardaşların qatili tutulub

11 Dekabr 2014 19:34
Bəyəndim (0) Bəyənmədim (0)

Qaxda 8 ay öncə baş verən qətlin üstü açılıb. APA TV-nin məlumatına görə, Qax rayon sakinləri 58 yaşlı İase və 54 yaşlı Besarion Rostiaşvili qardaşlarını yaşadıqları evdə amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən Qax rayon sakini 24 yaşlı Vasif Cahangir oğlu Mustafayev yaxalanaraq, istintaqa təhvil verilib. Hadisə yerinə gətirilən Vasif Mustafayev törətdiyi əməli etiraf edib.

Qeyd edək ki, 8 ay öncə Qax rayonunda eyni həyətdə yaşayan qardaşlar ayrı-ayrılıqda boğazları kəsilmiş vəziyyətdə tapılmışdılar.

Məlumata görə, Vasif Mustafayev hər iki valideynini itirib. Cinayətkar əvvəl evli olub və hazırda həyat yoldaşından ayrı yaşayır. Onun 1 yaşı tamam olmayan bir qızı da var. Ailəsi ilə ayrıldıqdan sonra qarşı tərəf Vasifin yaşadığı Qax rayonu Səməd Vurğun küçəsindəki Peşə Liseyinin yataqxanasındakı evini əlindən alıb.

Mediainfo/az