İnternet tanışlığının dəhşətli sonluğu

İnternet tanışlığının dəhşətli sonluğu

11 Dekabr 2014 17:28
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə bir kişi arvadının qohum evinə getməsindən istifadə edərək internetdə tanış olduğu qadını evə çağırıb.

"azNews.az" xəbər verir ki, spirtli içkinin təsirindən evdə çıxan mübahisə sonda ölümlə nəticələnib. Hadisə nəticəsində 41 yaşlı Yılmaz Kılıç tanış olduğu 38 yaşlı Nursel Atəşi evdə bıçaqlayaraq öldürüb.

Məlum olub ki, evli kişi kömür mədənində, ölən qadın isə İzmir restoranlarının birində çalışıb.

Nursel Yılmazla görüşmək üçün İzmirdən Kütahyaya gəlib. Yılmaz Kılıç mətbəxdən götürdüyü bıçaqla Nursel Atəşin boyun, kürək və sinəsindən bıçaqlayıb. Yaralı halda sürünərək evin qapısını açmaq istəyən Atəşi qonşular qan içində görüb və polisə xəbər verib.

Yılmaz Kılıç Nursel Atəşə müdaxilə etmək istəyən tibb işçilərinə bıçaqla hücum edib. Bu zaman hadisə yerinə gələn polis əməkdaşları Qılıncın əlindəki bıçağı alıb.

Qılınc isə polislərə "O, mənim sevgilimdir. Siz niyə gəlirsiniz ki? Bir şeyi yoxdur, yatır" sözlərini deyib.

Ağır yaralanan Nursel Atəş həkimlərin bütün səyinə baxmayaraq dünyasını dəyişib.

Mediainfo.az