Nəvəsini və gəlinini öldürən psixi xəstə olub

Nəvəsini və gəlinini öldürən psixi xəstə olub

11 Dekabr 2014 15:57
Bəyəndim (0) Bəyənmədim (0)

"Son bir neçə ay idi ki, Şərqiyyə Hüseynova psixi problemləri olduğuna görə müalicə alırdı, dərmanlar atırdı"

Bunu anspress-ə açıqlamasında həmin qadının adının çəkilməsini istəməyən bacısı oğlu bildirib. "İndiyədək bu ailədə heç vaxt söz-söhbət, narazılıq olmayıb. 1 ilə yaxın idi ki, Gürcüstandan gəlib burada kirayə qalırdılar. Oğlunun toyuna qədər Şərqiyyə Hüseynovanın səhhəti də normal idi. Lakin son bir neçə ayda Şərqiyyə Hüseynovanın səhhətində psixoloji problemlər yarandı. Buna görə o, müalicə alırdı, dərmanlar atırdı", - deyə o əlavə edib.

Qonşular da həmin ailənin problemsiz, sakit bir ailə olduğunu, Şərqiyyə Hüseynovanın oğlu Elvar Hüseynovun mehriban biri olduğunu dedilər. Qonşuların sözlərinə görə, qadının psixi problemləri olduğuna görə, onu tək qoymurdular, küçəyə, demək olar ki, heç çıxmırdılar.

"Qadını bir neçə gün əvvəl həkimə də aparmışdılar. Tibbi aparatdan keçirmişdilər. Həkimlər qadında heç bir problem olmadığını demişdilərlər. Ancaq onun psixi problemləri var idi və buna görə müalicə olunurdu", - deyə qonşular bildiriblər. Qonşuların sözlərinə görə, qətl hadisəsi haqqında da polis maşınları gələndən sonra xəbər tutublar.

Xatırladaq ki, dünən - dekabrın 11-i Zığ bağları adlanan yerdə kirayədə yaşayan Şərqiyyə Hüseynova gəlini 1994-cü il təvəllüdlü Elnarə Nəcəfovanın gicgahına daş parçası ilə bir neçə dəfə vurub. Nəticədə gəlini zərbələrdən ölüb. Qadın daha sonra nəvəsi Emilyanı da boğaraq öldürüb.

Dindirilmə zamanı Şərqiyyə Hüseynova hadisəni mübahisə zamanı törətdiyini etiraf edib.

Mediainfo.az