Anasını güldüyünə görə öldürdü - FOTO

Anasını güldüyünə görə öldürdü - FOTO

11 Dekabr 2014 15:46
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə gənc oğlan ögey anasını iplə boğaraq qətlə yetirib.

Hadisə Türkiyənin Bursa şəhərində baş verib. Belə ki, 3 ay əvvəl 19 yaşlı D.D. ögey anasını atası ilə münasibətlərini korladığı üçün qətlə yetirib. O, 46 yaşlı Özlem Yıldızı iplə boğaraq öldürüb.

Şəhər hüquq-mühafizə orqanları tərəfindən həbs edilən D.D. peşman olmadığını deyib:

"Mən evdən köçməyə qərar verdim. Evdən çıxanda arxamdan güldüyünü gördüm. Mənə baxaraq gülə-gülə qəhvə içdiyini görəndə əsəblərimə sahib ola bilmədim. Otağa geri qayıdıb onu iplə boğdum. Yüngül olduğuna görə belimdə gətirərək maşının yük yerinə yerləşdirdim. Daha sonra dostlarımın yanına gedərək vəziyyəti onlara danışdım. Evimizdən uzaqdakı bir kəndə getdik, amma orada bizi görərlər dəye qorxduq. Yolda polis bizi saxladı və cəsədi aşkarladı".

Qeyd edək ki, cinayətdə ittiham olunan 19 yaşlı D.D.-nın evdən ögey anasına aid qızıl və makiyaj vasitələrini də götürdüyü ortaya çıxıb. O, ifadəsində cinayət zamanı anlaqlı olmadığını və buna görə belə bir hərəkət etdiyini deyib.

Faktla bağlı polisə izahat verən ata isə oğlunun cinayəti əvvəlcədən planladığını deyib: "Mən evdə olmayanda o, bizə niyə gəlir? Deməli, onun planları var imiş".

Hadisə ilə bağlı araşdırma davam edir.

Mediainfo.az