Məktəbli qızı zorlayan 4 nəfərə hökm oxundu

Məktəbli qızı zorlayan 4 nəfərə hökm oxundu

11 Dekabr 2014 15:19
Bəyəndim (0) Bəyənmədim (0)

Abşeronda 9-cu sinif şagirdi olan qıza qarşı seksual xarakterli hərəkətlər etmiş şəxslər barəsində olan cinayət işinin məhkəməsi başa çatıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həmin cinayətdə təqsirli bilinən Elməddin Qədirli, Nicat Ağayev, Elşən Novruzov və Maqsud Şamiyevə hökm oxunub. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin hər biri 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxslərin barəsində başqa yerə getməmək barədə verilmiş qətiimkan tədbiri ləğv edilib və onlar məhkəmə zalındaca həbs ediliblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər seksual xarakterli zorakılıq hərəkətlərini Abşeron rayonu ərazisində törədiblər. Orta məktəbin yuxarı sinfində oxuyan 4 nəfər eyni məktəbdə oxuyan Nərgizi (ad şərti verilib) zorlayıblar və bu əməllərini videokamera ilə lentə alıblar. Bundan sonra həmin şəxslər videokadrlar vasitəsi ilə qıza qarşı hədə-qorxu gəliblər və onu şantaj ediblər.

Təqsirləndirlən şəxslər Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə tələb etmə) və 150-ci (seksual xarakterli hərəkət etmə) maddələri ilə ittiham ediliblər.

Mediainfo.az