Qatil 6 gün sonra tutuldu

Qatil 6 gün sonra tutuldu

11 Dekabr 2014 14:36
Bəyəndim (0) Bəyənmədim (0)

Şəmkirdə qətl hadisəsi törədən şəxslər tutulub.

Daxili İşlər Nazirliyi saytının verdiyi məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində dekabrın 5-də Şəmkir rayonunun Dəllər qəsəbəsində Svetlana Abbasovanı bıçaqla qətlə yetirib hadisə yerini tərk etmiş Babək Hüseynov, habelə qətldə iştirak etmiş digər şəxs - Abşeron rayon sakini Sənan Sadıqov saxlanılıb. Babək Hüseynovun Nəsimi rayonu ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı 40 ədəd 5 manatlıq saxta əsginas və 1 ədəd "Epson" markalı printer aşkar edilərək götürülüb.

Mediainfo.az