Narkotacirə hökm oxunub

Narkotacirə hökm oxunub

11 Dekabr 2014 14:31
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Sərxan Yəhyayev adlı şəxsin məhkəməsi başa çatıb.

Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, S. Yəhyayev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S. Yəhyayev Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsinə əsasən ittiham edilir.

Mediainfo.az