Əsəb xəstəliyindən əziyyət çəkən Nuru özünü asdı

Əsəb xəstəliyindən əziyyət çəkən Nuru özünü asdı

11 Dekabr 2014 09:57
Bəyəndim (0) Bəyənmədim (0)

Zaqatala rayonunun Masex kənd sakini, 1972-ci il təvəllüdlü Nuru Məmməd oğlu Ramazanov ailə üzvləri tərəfindən yaşadığı evin həyətyanı sahəsində tikilmiş yardımçı tikilidə asılmış vəziyyətdə aşkarlanıb.

Ailəli və bir övlad atası olan N. Ramazanovun hansı səbəbdən intihar etdiyi dəqiq məlum olmasa da, son vaxtlar əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Mediainfo.az