Türkan qəsəbəsində ağır yol qəzası baş verib: 3 nəfər ölüb, bir nəfər yaralanıb- FOTO

Türkan qəsəbəsində ağır yol qəzası baş verib: 3 nəfər ölüb, bir nəfər yaralanıb- FOTO

11 Dekabr 2014 09:08
Bəyəndim (1) Bəyənmədim (0)

Ötən axşam Xəzər rayonunun Türkan qəsəbəsində 3 nəfərin ölümü və 1 nəfərin ağır yaralanması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, "VAZ 2106" markalı avtomobilin sürücüsü qəsəbədən şəhər istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirərək yol kənarında dayanan "MAZ" markalı yük maşınına çırpılıb.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları xüsusi alət avadanlıqların köməyi ilə avtomobildə sıxılıb qalan 1966-cı il təvəllüdlü Saxəddin Hacıyevin, 1977-ci il təvəllüdlü Qüdrət İsgəndərovun və 1993-cü il təvəllüdlü Cəlal İbiyevin cəsədini çıxarıblar. 1993-cü il təvəllüdlü Vüqar Hüseynov isə qəzadan yaralı olaraq qurtulub.

İlkin ehtimala görə, qəzaya yüksək sürət və yolun qaranlıq olması səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az