Erməni iş adamının ev dustaqlığı uzadılıb

Erməni iş adamının ev dustaqlığı uzadılıb

10 Dekabr 2014 16:39
Bəyəndim (0) Bəyənmədim (0)

Moskva şəhərinin Basman rayon Məhkəməsi "Başneft" işi ilə əlaqədar oğurluq və çirkli pulların yuyulmasında ittiham olunan iş adamı Levon Ayrapetyanın ev dustaqlığının müddətini uzadıb. Apa -nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, erməni lobbisinin tanınmış nümayəndələrindən olan L. Ayrapetyan aprelin 19-na qədər ev dustağı qalacaq.

L. Ayrapetyanın vəkili məhkəmə zalında onun xəstəxanaya yerləşdirildiyini açıqlayıb. Vəkil L. Ayrapetyanda sidik kisəsi xərçəngi aşkarlandığını söyləyib. Buna görə də, dövlət ittihamçısının ev dustaqlığını uzatmaq barədə qaldırdığı vəsatətə baxış müttəhimin iştirakı olmadan keçirilib.

Hakim Artur Karpov ev dustaqlığının müddətini uzatmaq qərarını əsaslandırarkən bildirib ki, daha yüngül tədbir görüləcəyi halda müttəhim məhkəmədən boyun qaçıra, şahidlərə təzyiq göstərə və sübutları məhv edə bilər.

Xatırladaq ki, "Başneft" işinə görə həbs edilən erməni iş adamı Levon Ayrapetyan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində yaradılmış separatçı rejimə dəstək verən əsas diaspor fiqurlarından hesab olunur.

Mediainfo.az