Həmyerlisini bıçaqlayan şəxsə 4 il 6 ay “oxundu”

Həmyerlisini bıçaqlayan şəxsə 4 il 6 ay “oxundu”

10 Dekabr 2014 16:18
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən insan sağlamlığına zərər vurmada təqsirli bilinən Bakı şəhər sakini, 1986-ci il təvəllüdlü Qədirov Samir Adil oğlunun məhkəmə prosesi başa çatıb. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə S. Qədirov 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, hadisə bu il iyul ayının 10-da Nəsimi rayonunda baş verib. Samir Qədirov münaqişə zəmnində rayon sakini Ceyhun Əhmədova bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən Ceyhun Əhmədovun həyatını xilas etmək mümkün olub. Nəsimi rayon polis idarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat- axtarış tədbirləri nəticəsində S. Qədirov tutulub.

Mediainfo.az